AZ

Rusiyada həbsxananı ələ keçirən məhbuslar vertolyot və 2 milyon dollar tələb ediblər

Rusiyanın Volqoqrad vilayətində koloniyanı ələ keçirən məhbuslar vertolyot və iki milyon dollar tələb ediblər.

Bu barədə "Mash" teleqram kanalı məlumat verib.

Məlumata görə, həbsxananı ələ keçirənlər vertolyotun koloniyanın ərazisinə enməsini və tələb olunan məbləğin artıq vertolyotun göyərtəsində olmasını istəyiblər. Onlar vertolyotun təqib olacağı təqdirdə girovlara qarşı güc tətbiq etməklə hədələyiblər.

23 avqust günü Volqoqrad vilayətinin Surovikino şəhərində yerləşən 19 saylı islah koloniyasında bir neçə nəfər girov götürülüb. Bu, intizam komissiyasının iclası zamanı baş verib. İlkin məlumatlara görə, hücum edənlər özlərini İŞİD üzvü olaraq tanıdıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
baku.ws

10Mənbələr