AZ

ABŞ Ermənistana mülki nüvə texnologiyalarına çıxış imkanı verə bilər

Vaşinqton 123 Sazişində nəzərdə tutulduğu kimi İrəvana Amerikanın mülki nüvə texnologiyalarına çıxış imkanını araşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "CivilNet" nəşri ABŞ Dövlət Departamentinin bəyanatına istinadən yazır.

"Agreement 123" öz adını Amerikanın atom enerjisi qanununun maddəsinin nömrəsindən alıb. Söhbət elə bir müddəadan gedir ki, Vaşinqton "millətlər və millətlər qrupları" ilə yalnız müvafiq saziş bağlanarsa, əməkdaşlıq edə bilər. Sonuncu dövlət başçısı tərəfindən təsdiqlənir və ABŞ Konqresi tərəfindən ratifikasiya olunur.

"Birləşmiş Ştatlar Ermənistanın 123 Sazişinə qoşulmaq üçün müraciətini araşdırır. Təsdiq edilərsə, İrəvan Amerikanın mülki nüvə texnologiyasını ala biləcək", deyə Dövlət Departamenti vurğulayıb.

Dövlət Departamenti əlavə edib ki, ölkə rəhbərliyi Ermənistanla danışıqlar prosesinin təfərrüatlarını açıqlaya bilməz. Bununla belə, Vaşinqton İrəvanın əməkdaşlıq tələbinə "lazımi diqqət yetirir".

Jurnalistlər qeyd edir ki, Ermənistanın 123 Sazişinə qoşulması respublika üçün yeni Atom Elektrik Stansiyasının (AES) tikintisinə yol aça bilər. Məqalə müəllifləri qeyd ediblər ki, bu qurğu sovet dövründə ölkədə tikilmiş atom elektrik stansiyasını əvəz edə biləcək.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
qaynarinfo.az

7Mənbələr