AZ

Ermənistan “Nüvə sazişi 123″ə qoşulmaq üçün ABŞ-yə müraciət etdi

Ermənistan “Nüvə sazişi 123″ə qoşulmaq üçün ABŞ-yə müraciət edib.

Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

ABŞ Dövlət Departamentinin sözçüsünün “CivilNet”ə verdiyi yazılı şərhdə bildirilib ki, hazırda Ermənistanın bu müraciəti nəzərdən keçirilir.

Qeyd edək ki, bu, İrəvana mülki nüvə enerjisi sahəsində ABŞ texnologiyalarına çıxış əldə etməyə imkan verəcək.

“ABŞ hökuməti danışıqlar prosesinin təfərrüatını açıqlamır, lakin deyə bilərik ki, Dövlət Departamenti Ermənistanın “Nüvə sazişi 123″lə bağlı müraciətinə lazımi diqqət yetirir”, – deyə məlumatda qeyd edilib.

ABŞ federal qanunlarına əsasən, nüvə texnologiyalarının digər ölkələrə ötürülməsi üçün ABŞ Atom Enerjisi Agentliyi Aktının 123-cü maddəsinin imzalanması tələb olunur. 2022-ci ilə qədər ABŞ 48 ölkə və ərazi ilə belə sazişlər bağlayıb ki, Ermənistan o vaxt bu siyahıya daxil olmayıb.

Resursun qeyd etdiyinə görə, ilk dəfədir ki, Ermənistan və ya ABŞ İrəvanın Vaşinqtonla 123-cü Sazişin əldə olunmasına can atdığını açıq şəkildə təsdiqləyir.

“Ermənistanın bu müraciəti ölkənin ənənəvi müttəfiqi olan Rusiya ilə münasibətlərinin pisləşməyə davam etməsi fonunda daxil olub”, – deyə məlumatda vurğulanıb.

Bildirilir ki, Ermənistanın “123-cü saziş”ə qoşulması sovet dövründə tikilmiş “Metsamor” AES-i əvəz edəcək və ABŞ texnologiyaları əsasında yeni AES-in tikintisinə yol aça bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
editor.az

7Mənbələr