AZ

1000 seçki məntəqəsində seçkini izləmək üçün veb-kamera var - MSK

Sentyabrın 1-də növbədənkənar parlament seçkiləri ilə bağlı ölkə ərazində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rözvət Qasımov deyib. 
 
O bildirib ki, müxtəlif aşkarlıq institutlarının seçkilərdə asan, rahat iştirakı və müşahidə baxımından Azərbaycan ən geniş imkanlar təqdim edən ölkələr sırasında birincilərdəndir.
 
Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 6 421 073 nəfərin səs vermək hüququ olacaq.
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

 
Gülnar Nazimqızı 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
anews.az

7Mənbələr