AZ

Azərbaycanda dərmanlar qonşu ölkələrlə müqayisədə niyə çox bahadır?

Bu ilin yanvar-iyul aylarında əhali 735,1 milyon manatı əczaçılıq məhsulları və tibbi ləvazimatların alışına xərcləyib. Bu, ötən illə müqayisədə 9,2 milyon manat (1,3 %) çoxdur. Ötən ilin eyni dövründə bu xərclər 725,9 milyon manat idi.

Ölkəmizdə tez-tez müzakirə olunan məsələlərdən biri dərman qiymətləridir. Apteklərdə satılan bir çox dərmanlar qonşu ölkələrdə olduqca ucuzdur. Məsələn, "Yanumet" şəkər dərmanı Azərbaycanda 65-70 manat, Türkiyədə isə 14 manatdır, oynaq ağrılarının müalicəsi üçün istifadə olunan "Prostrolane" iynəsi Azərbaycanda 260-300 manat, Türkiyədə 105 manatdır. "Ozurdex" göz iynəsi Azərbaycanda 1800 manata, Türkiyədə isə 800 manata satılır.

Ölkəmizdə dərman preparatlarının baha olmasının səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli “Operativ Media”ya açıqlama verib.

İqtisadçı Azərbaycanda dərmanların baha olmasının səbəblərinə aydıqlıq gətirib:

“Dərman qiymətlərinin yüksək olmasının bir neçə səbəbi var. Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanda dərman preparatları istehsal edilmir. Dərmanlar ölkəmizə xaricdən gətirilir. Bu zaman isə daşınma və vergi xərci dərman qiymətinin üzərinə əlavə edilir. Ona görə də, xarici ölkələr ilə müqayisədə Azərbaycanda dərman qiymətləri nisbətən yüksəkdir. Bu çox normal haldır. Amma dərman preparatların kəskin fərqlə satılması düzgün deyil. Dərman bazarı spesifik sahədir. Dərman bazarında olan şəxslər bundan sui-istifadə edə bilir. Nəticədə rəqabət məcəlləsini pozaraq, dərman qiymətlərini daha yüksək təyin edə bilirlər. Bu hall mümkündür. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Qurum vətəndaşlara ziyan vura biləcək bu cür hərəkətlərin qarşısımı almalıdır”.

Xalid Kərimli dərman bazarında sui-istifadə üçün çox münbit şərait olduğunu vurğulayıb:

“Dərman preparatlarınə istənilən şəxs ölkəyə gətirə bilmir. Səhiyyə Nazirliyi həmin şəxslərə xüsusi rəy verməlidir. Bu proses müəyyən standartlara cavab verməlidir. Dəmanların ölkəyə gətirilməsini mürəkkəbləşdirən məsələlər var. Ona görə də, rəqabət mühitində müəyyən maneələr var. Bu sahədə hökmran olan şəxslərin sui-istifadəsi üçün çox münbit şərait var. Dərman preparatlarını ölkəyə gətirən bir neçə şəxs və qurum var. İlk növbədə onların üzərində nəzarət gücləndirilməlidir”.  

İqtisadçı ölkəmizdə 15 minə yaxın dərmanın qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini qeyd edib:

"Qeyd etmək lazımdır ki, ölkədə 15 minə yaxın dərmanın qiyməti Tarif Şurası tərəfindən tənzimlənib. Bəzi dərmanlara yüksək qiymət təyin edirlər. Bütün dərmanlar o qədər baha ola bilməz. Tarif Şurası 15 min dərmana qiymət həddi qoyub. Hansısa şirkət bu qiymət həddinə əməl ettmədiyi halda, qanunvericiliyə görə ciddi şəkildə cəzalandırılır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
44
operativmedia.az

10Mənbələr