AZ

İnsulin müqavimətindən qurtulmağın yolları - Şəkər olmaq istəmirsinizsə...

Daim özünüzü yorğun hiss edir, yeməkdən sonra divanda yuxulayır, gün ərzində iştahınız azalır, baş ağrısından şikayətlənirsiniz? Bu cür şikayətlərin arxasında insulin müqaviməti problemi ola bilər.

Teleqraf.com-un verdiyi məlumata görə, son illər dünyada olduğu kimi, ölkəmizdə də insulindən əziyyət çəkənlərin sayı sürətlə artmaqdadır. Bunun səbəbi qeyri-sağlam qidalanma vərdişləri və hərəkətsizlikdir.

İnsulin müqaviməti olan insanlarda qan şəkərini balanslı saxlamaq üçün ifraz edilməli olan insulinin miqdarı artır. Bu artım bədəndə iltihaba səbəb olur və zaman keçdikcə 2-ci tip diabet adlandırdığımız ciddi xəstəliyə çevrilir.

Bundan başqa, həmin insanlarda yüksək xolesterin, yüksək təzyiq və damar tıxanması kimi xəstəliklərə daha çox rast gəlinir.

Gündəlik həyat tərzində bəzi sadə dəyişikliklərlə insulin müqavimətini tarazlı saxlamaq mümkündür.

Günün ilk yeməyi olan səhər yeməyi mütləq xəmir, simit kimi karbohidratlı yeməklərlə doldurulmamalıdır. Zülal, yağ və karbohidrat baxımından balanslaşdırılmış qidalar yeyin. Xüsusilə zülal və liflə zəngin və aşağı glisemik indeksə malik yemək gün ərzində iştahı idarə etməyə kömək edir.

Yeməyə salat və tərəvəzlə başlamaq lif qəbulunuzu artırır, gün ərzində qanda şəkər və insulin dalğalanmalarını azaldır. Əgər həyat tərziniz, yaşınız və sağlamlıq vəziyyətiniz uyğundursa, diyetoloqun müşayiəti ilə aralıq oruc tutmağı və ya ac qalmağı sınaya bilərsiniz.

Şirniyyat qəbul edərkən diqqətli olun. Şərbət, xəmir və qızardılmış desertlər yerinə südlü desertləri seçin.

Yeməkdən əvvəl şirniyyatlardan imtina edin. Kiçik hissələrdə və yeməkdən sonra istehlak etmək, acqarına şirniyyat qəbul etməkdən daha az insulin ifrazına səbəb olacaq.


Müəllif: Mələksəda Zeynallı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
44
teleqraf.com

10Mənbələr