AZ

Gənclər siyasəti dövlətin əsas istiqamətlərindəndir

Bu gün gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu siyasət mütərəqqi düşüncəli, intellektual, əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın gələcəyini inşa edir. Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı istiqamətində sistemli, ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin inkişafı, ölkəni beynəlxalq müstəvidə layiqincə təmsil etmələri baxımından onlara yüksək etimad göstərilir. İdman təkcə fərdi sağlamlığın deyil, həm də cəmiyyətin firavan gələcəyinin, gənc nəslin fiziki və mənəvi inkişafının təməl daşlarından biridir. Sağlam cəmiyyət qurmaq və xoşbəxt gələcəyi təmin etmək üçün uğurlu idman siyasətinin həyata keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı ən mühüm xidmətlərindən biri də idmanın inkişafı ilə bağlıdır. Ölkə başçımız həm də Milli Olimpya Komitəsinin rəhbəri kimi idmanın inkişafına xüsusi diqqət yetirir. Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində idman arenaları, müasir komplekslər tikilərək gənclərin ixtiyarına verilir. Ölkəmizdə idmanın maddi-texniki bazası möhkəmləndirilir, idmançıların sosial-məişət problemlərinin həlli daim diqqətdə saxlanılır. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.

Ölkəmizin idmançıları bu il Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da uğurlu nəticələr göstərdilər. Biz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alaraq, 2 qızıl, 2 gümüş və 3 bürünc medalın sahibi olduq. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi.Dövlətimizin başçısı müsəlman ölkələri arasında Azərbaycanın üçüncü yerdə qərarlaşmasını xüsusi vurğulayaraq, ölkəmizdə idmanın inkişafından danışdı və qeyd etdi ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq: “Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var”.

Görülən işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu təkcə idmanın inkişafı deyil, həm də ölkəmizin beynəlxalq təqdimatıdır. Cənab Prezident özü də idmanın önəmi ilə bağlı örnək nümayiş etdirir. Prezidentimizin qatıldığı tədbirlərdə, açılışlarda idman hərəkətləri gənc nəslə sağlam və düzgün həyat tərzi keçirmək üçün əlavə stimul verir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
26
sia.az

10Mənbələr