İmmuniteti gücləndirir, baş ağrısını və qadın xəstəliklərini müalicə edir - MÖCÜZƏVİ CAY

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 03:30
İmmuniteti gücləndirir, baş ağrısını və qadın xəstəliklərini müalicə edir -


Cökə çiçəkləri olduqca qiymətli müalicəvi məhsuldur ki, həm xalq, həm də ənənəvi tibdə geniş istifadə olunur.

SİVİL.AZ
xəbər verir ki, cökə çiçəkləri C vitamini, efir yağları, fitonsid və flavonoidlərlə zəngindir. Bu faydalı maddələrə görə cökə çayı bir çox xəstəliklər və pozulmalar zamanı orqanizmə yaxşı müalicəvi və profilaktik təsir edir.

1. Cökə çayı soyuqdəymə və qripp zamanı ən sınanmış müalicəvi vasitələrdən biridir - xəstənin vəziyyətini yüngülləşdirir, hərarəti aşağı salır, sağalmanı tezləşdirir.

2. Soyuq fəsillərdə xəstələnməmək üçün cökə çayını için. Bu çay immun sistemini gücləndirir;

3.
Flavonoidlər və C vitamini ilə zəngin olan cökə çayı damarları möhkəmləndirir;

4. Cökə çayı həzm sistemi üçün də faydalıdır - bağırsaqlarda ziyanlı mikrobları öldürür, həzm proseslərini tənzimləyir;

5. Bu çay təbii baş ağrısı dərmanıdır;

6. Cökə çayı sakitləşdirici təsirə malikdir, yuxusuzluqla mübarizə etməyə kömək edir;

7.
Cökə qadın cinsiyyət sisteminə yaxşı təsir edir, menstrual dövründə problemləri olan, klimaks keçirən qadınlar üçün faydalıdır;

8. İltihabəleyhinə təsirə malik olan cökə çayı sistit (sidik kisəsi iltihabı) və s. sidik ifrazı sistemi iltihabları zamanı faydalıdır;

9. Öskürək və bronxit zamanı cökə çayı yaxşı müalicəvi təsir edir.

Cökə çayını hazırlamaq üçün 1 x.q. cökə çiçəklərini 200 qr termosda isti suda 1 saat ərzində dəmləyin və gün ərzində 2 dəfə yarım stəkan olmaqla için. Faydalı olduqdan əlavə çay həmçinin çox dadlı və ətirlidir. (Saglamolun.az)

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz