AZ

Son 9 ay ərzində Azərbaycan mühüm uğurlara nail olub - Deputat

Bakı. Trend:

Son 9 ay ərzində Azərbaycan mühüm uğurlara nail olub. Ötən ilinsentyabr ayında birgünlük lokal antiterorr tədbirləri nəticəsindəAzərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi və tarixiuğura imza atdı.

Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu müddət ərzində işğaldan azad edilmişərazilərdə quruculuq və bərpa işləri sürətlə davam etdirilib, ocümlədən bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir vəyaşıl enerji zonaları yaradılır.

“Xeyli sayda həmvətənimiz öz doğma torpaqlarına geri dönüb və buproses davam etməkdədir. 2024-cü ilin sonunadək işğaldan azadolunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 minnəfərdən çox) köçürülməsi planlaşdırılır”, - deyə deputatbildirib.

O qeyd edib ki, digər mühüm bir məqam isə Rusiya sülhməramlıkontingentinin Azərbaycan ərazilərini vaxtından tez tərketməsidir.

“Əlbəttə ki, bu məsələ özündə bir sıra müsbət məqamları ehtivaedir. Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərinəticəsində Azərbaycan öz ərazisində bütün separatçılarızərərsizləşdirdi və qanunsuz erməni silahlı dəstələriərazilərimizdən tam çıxarıldı. Artıq həmin ərazilərdə təhlükəsizlikAzərbaycan tərəfindən yüksək səviyyədə təmin edilir.

Proseslər onu göstərdi ki, Azərbaycan özü təhlükəsizliyi təminedir və regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütünaddımları atır. Belə olan halda isə sülhməramlıların fəaliyyətinəgərək qalmır. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərketməsi, eyni zamanda, Azərbaycanla Rusiya arasında qarşılıqlıetimadın, hörmətin və ikitərəfli münasibətlərin yüksək səviyyədəolduğunun göstəricisidir”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın əldə etdiyi ən mühümuğurlardan biri də bir Qazaxın işğal altında olan bir neçə kəndiningeri qaytarılmasıdır.

“Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldəolunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycanaqaytarılmasını təmin etmişdi. 2023-cü ilin sentyabr ayındaAzərbaycanın Qarabağda suverenliyinin yekun bərpası, Rusiyasülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi və 4kəndin qan tökülmədən geri qaytarılması ötən müddət ərzində əldəolunan mühüm nailiyyətlərdir. İnanıram ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələr fəthedəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla