RU

İkinci Liqa: “Füzuli” və “Şahdağ Qusar”dan məhsuldar heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Şahdağ Qusar” – “Füzuli” oyununda qalib müəyyənləşməyib. Dörd qolun vurulduğu “Ağdaş” – “Qusar” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Şəfa” isə “Dinamo”nu məğlub yola salıb.

İkinci Liqa
23-cü tur
29 aprel

“Baku Sportinq” – “Kür-Araz” 5:0
Qollar: Elməddin Hüseynzadə, 31. Röyal Nəcəfov, 42; 79. Comərd Baxşəliyev, 45. Məhəmməd Xəlilov, 83.
Hakimlər: Rauf Allahverdiyev, Rəhman Aslanov, Mirnihad Seyidov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Binə qəsəbə stadionu, 16:00.

“Lerik” – “Kürmük Qax” 2:0
Qollar: Rəvan Quluzadə, 8; 35.
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Samir Qaracayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Lənkəran OİK stadionu, 16:30.

“Şəmkir” – “Göygöl” 3:0
Qollar: Məzahir Əhmədov, 31. Hikmət Verdiyev, 57-pen. Kənan İbişov, 70.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Aydın Baxşıyev, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şəmkir OİK stadionu, 17:00.

“Şəki Siti” – “Cəbrayıl” 1:3
Qollar: Tural Məmmədzadə, 33-pen. Tapdıq Əhmədov, 12. Elşad Əliyev, 13. Nurlan Quliyev, 85.
Hakimlər: Mahmud Bağırzadə, Tərlan Talıbzadə, Rasim Axundov, Vüqar Alıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şəki şəhər stadionu, 17:00.

30 aprel

“Ağdaş” – “Qusar” 1:3
Qollar: Azad Əzimli, 77 – Vüqar Əşrəfli, 34. Firdovsi Kazımov, 63. Firudin Ağalarov, 87.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Ağdaş şəhər stadionu, 16:00.

“Şəfa” – “Dinamo” 2:1
Qollar: Loğman Əliyev, 10. İlkin Mikayılov, 32 – İntiqam Məmmədov, 45+2-pen.
Hakimlər: Rövşən Rəcəbov, Şirmamed Mamedov, Teymur Teymurov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 16:00.

“Şahdağ Qusar” – “Füzuli” 3:3
Qollar: Famil Camalov, 13. Salman Atluxanov, 20. Tural Qurbatov, 85 – Elvin Nəsibov, 31. Ceyhun Cavadov, 52. Emin Quliyev, 90+9-pen.
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı OİK stadionu, 16:30.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
177
2
arena.az

10Источники