AZ

Azərbaycan millisinin futbolçusu: Macarıstan və İsveçrədən çəkinmirik

Azərbaycan

Bakı, 4 aprel, AZƏRTAC

"Maraqlı və çətin iki oyun bizi gözləyir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Əhmədova Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

O, hər iki rəqibin kifayət qədər güclü olduğunu bildirib: "Buna baxmayaraq, özümüzə güvənirik. Bütün rəqiblərə eyni tərzdə yanaşırıq. Heç bir komandadan çəkinmirik. Bizim də yaxşı heyətimiz var. Məqsədimiz hər iki qarşılaşmadan qələbə ilə ayrılmaqdır. Fikrimizi üç xal qazanmağa yönəltmişik".

24 yaşlı müdafiəçi yığma ilə daha böyük uğurlar qazanmaq istədiyini söyləyib: "Azərbaycan qadın futbolunda tarix yazaraq Millətlər Liqasında B divizionuna vəsiqə qazandıq. İndi əsas məqsəd burada möhkəmlənməkdir. Düşünürəm ki, ölkədə qadın futbolu xeyli inkişaf edib. Bunu beynəlxalq arenada da sübut edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi aprelin 5-də səfərdə Macarıstanla, bundan 4 gün sonra isə Bakıda İsveçrə ilə görüşəcək.

 

Seçilən
189
45
Mənbələr
Şərh ()
Bağla