Sunak: “Britaniya sənayesi müharibə rejiminə keçir”Böyük Britaniya müdafiə xərclərini 2030-cu ilə qədər ümumi daxili məhsulun (ÜDM) 2,5%-nə qədər artırmaqla, müdafiə sənayesini müharibə rejiminə keçirərək 87 milyard funt-sterlinqə çatdıracaq.Bu barədə aprelin 23-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak NATO rəhbəri Yens Stoltenberqlə 1-ci Varşava Zirehli Briqadasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.“Növbəti altı il ərzində biz öz müdafiəmizə əlavə pul yatıracağıq və bunların hamısı heç bir borc olmadan maliyyələşdiriləcək”, - Britaniyanın baş naziri bildirib.O bəyan edib ki, Qərbin düşmənləri bir-birinə yaxınlaşdıqca, Qərb ölkələri öz maraqlarını və dəyərlərini qorumaq üçün daha çox işlər görməlidir.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта