AZ

Britaniya altı yeni döyüş gəmisi inşa edəcək

Britaniya

Bakı, 14 may, AZƏRTAC

Böyük Britaniya Kral Dəniz Piyadaları üçün altı yeni döyüş gəmisi inşa edəcəyini təsdiqləyib.

AZƏRTAC Britaniya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkənin müdafiə naziri Qrant Şapps Kral Dəniz Piyadaları üçün altıyadək yeni döyüş gəmisi sifariş edəcəyini deyib.

Nazir bildirib ki, çoxfunksiyalı dəstək gəmiləri kimi tanınan yeni gəmilər Britaniyada tikiləcək və gələcək döyüşlər üçün Britaniyanın xüsusi amfibiya əməliyyat komando qüvvələrini gücləndirməyə kömək edəcək. Qrant Şapps hazırda hökumətin müdafiəyə pul ayrıldığı üçün bu gəmilərin inşasının mümkün olacağını deyib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak apreldə müdafiə xərclərini 2030-cu ilə qədər, ümumi daxili məhsulun 2,5 faizinə qaldıracağını bildirərək dünyanın soyuq müharibədən bəri ən təhlükəli dövrünü yaşadığı vaxtda Britaniya silah sənayesinin müharibə zəminində olmasının vacibliyini diqqətə çatdırmışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
235
22
azertag.az

10Mənbələr