RU

Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çemupionatında IV turun oyunları keçirilib..."Report"un məlumatına görə, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qalibiyyətini əldə edib.Hesabat turunda qrossmeyster Polşanı təmsil edən Martina Vikarı məğlub edib.Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar.Avropa çempionatı4-cü turÜlviyyə Fətəliyeva – Martina Vikar (Polşa) 1:0Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə 1:0Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) 1:0Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva 0,5:0,5Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva 0,5:0,5Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) 0,5:0,5Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) 1:0Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) 1:0Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva 0,5:0,5Şlomit Vardi (İsrail) - Nərmin Abdinova 0,5:0,5Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşdürür. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla M.Qarsiyaya qarşı mübarizə aparacaq.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
11
poliqon.az

10Источники