AZ

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı, 23 aprel, AZƏRTAC

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında IV turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb.

Hesabat turunda Ü.Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı 4-cü turu qələbə ilə başa vurub.

Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşürlər. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.

 

Seçilən
39
5
Mənbələr
Şərh ()
Bağla