AZ

Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında IV turun oyunları keçirilib. 
Tribunainfo.az xəbər verir ki, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb. Hesabat turunda Ü.Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı 4-cü turu qələbəylə başa vurub.
Avropa çempionatı
Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) – 1:0
Alisiya Sliviçka (Polşa) – Günay Məmmədzadə – 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) – 1:0
Ellen Frederisiya Nilssen (Norveç) – Xanım Balacayeva – 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) – Ayan Allahverdiyeva – 0,5:0,5
Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) – 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) – 1:0
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) – 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) – Ləman Hacıyeva – 0,5:0,5
Şlomit Vardi (İsrail) – Nərmin Abdinova – 0,5:0,5
Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşür. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
11
Mənbələr
Şərh ()
Bağla