RU

12 məktəb istisna olmaqla 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir - RƏSMİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanda 12 ümumi təhsil müəssisəsi istisna olmaqla dövlət ümumi təhsil müəssilərinə 1-ci sinfə qəbul prosesində heç bir müsabiqə həyata keçirilmir.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yalnız bəzi lisey və gimnaziyalara uşaqların qəbulu prosesi onların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır:

"Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir".

Agentlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.

Eyni zamanda 1-ci sinfə qəbul prosesi mayın 1-dən başladıqda Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə qaldırılacaq. Bu da təxminən məktəbyaşlı uşaqların ümumi sayının 70%-ni təşkil edir.

Xatırladaq ki, mayın 1-dən sentyabrın 13-dək məktəbə qəbul elektron sistemində valideynlər qeydiyyatdan keçərək şəxsi kabinet yarada biləcəklər. Mayın 3-dən sentyabrın 13-nə qədər Azərbaycan bölməsi üzrə məktəb seçimi, 3 may- 17 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrə qeydiyyat aparılacaq. 7 may – 30 may tarixlərində tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələr təşkil olunacaq. İyunun 12-dən sentyabrın 13-dək rus bölməsi üzrə məktəb və müəllim seçimi aparılacaq.

Qeyd edək ki, parlamentin cümə günü keçirilən plenar iclasında çıxış edən Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 1-ci sinfə qəbul zamanı müsahibə təşkil edilməsi praktikasını tənqid etmişdi.

Bizim.Media
 

Избранный
34
5
Источники
Комментарий ()
Закрывать

Рейтинг

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1300
Azərbaycanda bu məhsul bahalaşdı
1216
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1145
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
999
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
964
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
963
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
960
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
959
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
894
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
890
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
825
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
780
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
737
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
724
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
660