RU

FHN Şirvanda yanğın-taktiki təlimi keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yerləşən Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib.

APA xəbər verir ki, FHN-in Baş yanğın təhlükəsizliyi eksperti, daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müəssisənin rəhbər şəxsləri təlimi izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin yanğınların söndürülməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üzrə praktiki vərdişlərinin daha da yaxşılaşdırılması, qüvvələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Təlim zamanı Xəzər dənizində şərti olaraq baş vermis zəlzələ nəticəsində müəssisə ərazisində texnoloji proseslərin pozulması səbəbindən “yaranmış” yanğın və qəzaların nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələri və Muğan Regional Mərkəzinin qüvvə və vasitələri “hadisə yerinə” cəlb olunub. Toplanmış kəşfiyyat məlumatlarının əsasında Əməliyyat qərargahının müvafiq tapşırığına uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlimə ümumilikdə FHN-in 16 ədəd texnikası və 115 nəfərdən ibarət şəxsi heyəti, müəssisənin isə 8 ədəd texnikası və 45 əməkdaşı cəlb olunub.

Təlimin yekununda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN FHN
Избранный
102
5
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21440
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19369
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17710
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17007
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16823
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16122
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15573
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12059
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11291
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9457
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8507
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8027
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7571
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7196
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6412
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5797