AZ

FHN Şirvanda yanğın-taktiki təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yerləşən Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

FHN-in baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müəssisənin rəhbər şəxsləri təlimi izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin yanğınların söndürülməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üzrə praktiki vərdişlərinin daha da yaxşılaşdırılması, qüvvələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Təlim zamanı Xəzər dənizində şərti olaraq baş vermis zəlzələ nəticəsində müəssisə ərazisində texnoloji proseslərin pozulması səbəbindən “yaranmış” yanğın və qəzaların nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələri və Muğan Regional Mərkəzinin qüvvə və vasitələri “hadisə yerinə” cəlb olunub. Toplanmış kəşfiyyat məlumatlarının əsasında Əməliyyat qərargahının müvafiq tapşırığına uyğun olaraq, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlimə ümumilikdə FHN-in 16 ədəd texnikası və 115 nəfərdən ibarət şəxsi heyəti, müəssisənin isə 8 ədəd texnikası və 45 əməkdaşı cəlb olunub.

Təlimin yekununda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Seçilən
84
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
963
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
628
Sabah 5 kəndin qazı kəsiləcək
465
Bu yol qovşağında təmir işləri aparılacaq
404
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
376
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
235
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
228
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
226
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
183
Çingiz Mustafayevin toyudur - FOTOLAR
156
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
145
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
139
Bakıda 9 otaqlı evdə yanğın baş verib
124
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
100
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
97
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
69
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
60
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
50