RU

Pərviz Şahbazov: “Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4 dəfə arta bilər”

Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4 dəfə arta bilər.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazir Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində “100% Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçirilən Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqu tədbirində çıxış zamanı bildirib.

Çıxışda fossil yanacaqlardan ədalətli keçidlə bağlı BƏƏ-də əldə olunmuş konsensus və 2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə artırılması üzrə razılaşma 100% bərpa olunan enerji sisteminə doğru mühüm addım kimi dəyərləndirilib. Hamı üçün əlçatan, təhlükəsiz və dayanıqlı enerjini, eyni zamanda ekoloji təhlükəsizliyi bərpa olunan mənbələr hesabına təmin etmək səviyyəsinin öhdəliklərin və qarşıya qoyulan məqsədlərin icrasından asılı olacağı qeyd edilib.

Bildirilib ki, COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə “yaşıl enerji”, iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir.

Energetika naziri deyib ki, daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşıl enerji” planlarımızın 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdırılmasını hədəfləyirik. “Bu, bərpa olunan enerji potensialının Azərbaycan vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 % çox və 3 il tez olmaqla 33 %-ə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpa olunan enerji potensialının artırılmasının mənbələrindən olacaq”.

Избранный
116
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28296
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27096
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20199
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18189
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14793
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10305
Sabah 20 dərəcə isti olacaq
10153
May ayında Azərbaycana qar yağdı - VİDEO
9033
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8845
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8840
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8601
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7534
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7211
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7150
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6798
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6645
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6615
Azərbaycan nefti ucuzlaşıb
6274
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6256