AZ

Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4 dəfə arta bilər - Pərviz Şahbazov

Bakı. Trend:

Azərbaycanda bərpa olunan enerji potensialı 2030-cu ilədək 4dəfə arta bilər.

Trend-in EnergetikaNazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazir PərvizŞahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA)Assambleyasının 14-cü sessiyası çərçivəsində “100% Bərpa OlunanEnerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçirilənYüksək Səviyyəli Dövlət-Özəl Dialoqu tədbirində çıxış zamanıbildirib.

Çıxışda fossil yanacaqlardan ədalətli keçidlə bağlı BƏƏ-də əldəolunmuş konsensus və 2030-cu ilə qədər bərpa olunan enerjipotensialının üç dəfə artırılması üzrə razılaşma 100% bərpa olunanenerji sisteminə doğru mühüm addım kimi dəyərləndirilib. Hamı üçünəlçatan, təhlükəsiz və dayanıqlı enerjini, eyni zamanda ekolojitəhlükəsizliyi bərpa olunan mənbələr hesabına təmin etməksəviyyəsinin öhdəliklərin və qarşıya qoyulan məqsədlərin icrasındanasılı olacağı qeyd edilib.

Bildirilib ki, COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək vəondan sonrakı dövrdə “yaşıl enerji”, iqlimlə bağlı hədəflərinreallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrəqlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir.

Energetika naziri deyib ki, daxili istehlak, iqtisadiyyatındekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşılenerji” planlarımızın 2027-ci ilədək olan birinci mərhələsində 2QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox“yaşıl enerji” güclərinin reallaşdırılmasını hədəfləyirik. “Bu,bərpa olunan enerji potensialının Azərbaycan vasitəsilə təxminən2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çoxartımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündəbərpa olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 % çoxvə 3 il tez olmaqla 33 %-ə yüksəldən bu layihələr Avropaölkələrində də bərpa olunan enerji potensialının artırılmasınınmənbələrindən olacaq”.

Məqalədə:
Seçilən
86
3
Mənbələr
Şərh ()
Bağla