RU

ABŞ Rusiyanın neft emalı zavodlarına PUA zərbələrinin əleyhinədir “The Washington Post”

Artıq 5 ayadır ki, Ukrayna pilotsuz uçan aparatlarla (PUA) Rusiyanın neft emalı zavodlarını (NEZ) bombalayaraq iqtisadiyyatına hiss olunacaq dərəcədə ziyan vurur.

“The Washington Post” qəzeti  xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Haris Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon söhbətində deyib: “Rusiyanın neft emalı zavodlarına vurulan zərbələr yaxın günlərdə dünya bazarında neftin qiymətinin yüksəlməsinə səbəb olacaq ki, bu da seçkilər ilində Prezident Cozef Baydenin maraqlarına uyğun deyil”.

Bildiyimiz kimi cari ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək və hazırkı Prezident C. Bayden ikinci müddətə prezident seçilmək istəyir. Seçkilər ərəfəsində dünya bazarında o cümlədən ABŞ-da yanacağın qiymətinin artması C. Baydenə böyük problem yaradır.

“Reuters” agentliyinin məlumatına əsasən Rusiyanın Samara, Sızran, Ryazan, Kuybışev, Volqoqrad şəhərlərindəki və Tatarıstandakı NEZ-na endirilən zərbələr nəticəsində neft emalı 14 faiz azalıb ki, bu da Rusiyanın özündə benzinin qiymətinin artmasına səbəb olub. Rusiyanın 7 böyük NEZ-nə əsaslı zərər vurulub və neft emalı 123 min 800 tondan 90 min 500 tona düşüb.

Rusiya Statistika İdarəsinin məlumatına görə, Ukrayna PUA-larının zərbələri 10,1 faiz benzin, 4 faiz dizel yanacağının azalmasına səbəb olub.

Lakin Beynəlxalq Enerji Agentliyi Rusiyanın benzin və dizel yanacağı istehsalının göstərilən rəqəmlərdən 2 dəfə artıq azaldığını bildirib və qeyd edib ki, bu, dünya bazarında neft məhsullarının qiymətinə təsir göstərəcək. Agentliyin hesablamasına görə qadağalara baxmayaraq Rusiyanın dünya bazarına ixrac etdiyi neftin həcmi 20 faiz (2 milyard dollar) azalıb.

ABŞ Dövlət katibi Antoni Blinkenin də xəbərdarlığına baxmayaraq Ukrayna imkanı daxılındə PUA-larla Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcək. ABŞ Konqresi də hələ ki, Ukraynaya 60 milyard dollar həcmində hərbi yardımın verilməsini təsdiqləmir.

Hələlik dünya bazarında “Brent” markalı neftin qiyməti təxminən 90 dollar, WTI və “Urals” markalı neftin qiyməti 85 dollar ətrafındadır. Az olmasına baxmayaraq dünya bazarında neftin qiymətində artım müşahidə edilir.

Избранный
122
14
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26790
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26376
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18136
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17241
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14429
Sabah 20 dərəcə isti olacaq
9706
May ayında Azərbaycana qar yağdı - VİDEO
8829
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8602
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8497
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8483
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7237
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6963
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6924
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6604
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6491
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6450
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6038
Azərbaycan nefti ucuzlaşıb
5999
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5871