AZ

Rusiyanın dizel və benzin ixracı azalıb

Ötən ay Rusiya limanlarından dizel yanacağı və benzin ixracı 26 faiz azalaraq 3,07 milyon tona düşüb.

Musavat.com Unian-a istinadən xəbər verir ki, hər iki məhsulun bütün limanlardan ixracı azalıb: Baltikyanı, Qara dəniz və Uzaq Şərq.

Belə ki, apreldə Baltikyanı terminallar vasitəsilə ixrac həcmi 28 faiz azalaraq 1,78 milyon tona düşüb. Qara dəniz limanlarından ixrac 15 faiz azalaraq 1,28 milyon tona düşüb.

“Enkorr” portalının məlumatına görə, ixracın azalması Rusiyada neft emalının azalması ilə bağlıdır. Bunun isə iki mühüm səbəbi var: bir sıra zavodların profilaktik təmirə dayanması, bəzilərinin isə Ukraynanın zərbələrindən sonra istehsala fasilə verməsi. Bundan əlavə, yaz əkinləri mövsümü başladığına görə daxildə də istehlak artıb.

Ekspertlərin fikrincə, mayda da Rusiya limanlarından distillatların dəniz ixracının həcmi aşağı səviyyədə qalacaq. Buna səbəb neft emalı zavodlarında aparılan təmir işləridir. Əlavə faktor odur ki, aprelin sonundan etibarən Ukrayna Rusiyanın yanacaq infrastrukturuna hücumları bərpa edib.

Xatırladaq ki, mayın 1-nə keçən gecə pilotsuz uçuş aparatları Ryazan neft emalı zavodunu vurub və orada yanğın başlayıb.
Aprelin 24-də isə Ukrayna Təhlükəsizlik Xidməti “Rosneft”in bazalarına zərbələr endirmək üçün PUA-dan istifadə edib. Hücum nəticəsində ən azı 26 min kubmetr Rusiya yanacağının məhv edildiyi bildirilib.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
14
Mənbələr
Şərh ()
Bağla