RU

Biləsuvarda maşın aşıb: Xəsarət alanlar var

Biləsuvarda maşın aşıb: Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.

İmişli rayon Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və sərnişin olan həmkəndliləri, 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991-ci il təvəllüdlü Murad Zahir oğlu İsmayıllı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
179
5
Источники
Комментарий ()
Закрывать