AZ

Biləsuvarda avtomobil aşdı - Xəsarət alanlar var - Fotolar

Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmptəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayonun Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Əsədov Amil Ramiz oğlunun idarə etdiyi “Mercedess” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. 

Qəzada sürücü, sərnişin qismində olan həmkəndliləri 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü İsmayıllı Murad Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Onlar həkim müayinələrindən keçirilir, həyatı təhlükələri yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Seçilən
196
7
Mənbələr
Şərh ()
Bağla