AZ

Biləsuvarda minik avtomobili aşıb, xəsarət alanlar var

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıblar

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon Sarxanlı kənd sakini, 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Qəza nəticəsində sürücü və sərnişin qismində olan həmkəndliləri, 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- ci il təvəllüdlü Murad Zahir oğlu İsmayıllı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
189
7
Mənbələr
Şərh ()
Bağla