RU

Yaponiya Tayvana bir milyon dollarlıq yardım göndərəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yaponiya hökuməti zəlzələdən zərər çəkən Tayvana bir milyon dollarlıq təcili yardım göndərəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Xarici işlər naziri Kamikava Yoko açıqlamasında Tayvanda baş verən zəlzələdən sonra xalqının səxavətlə yardım etdiyini bildirib.

Kamikava əlavə edib ki, dostlarımız qarşılaşdığımız hər bir problemlə bizə kömək etdilər:

“Tayvanın ən qısa zamanda sağalması və yenidən qurulması üçün kömək etdilər. Qida, su və tibbi ləvazimatlarla 1 milyon dollar təcili yardımın məbləği "Yaponiya-Tayvan Mübadilə Dərnəyi" vasitəsilə bölgəyə köçürüləcək”.

Qeyd edək ki, aprelin 3-də Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 12 nəfər ölüb, 1133 nəfər xəsarət alıb.

Избранный
252
50
1

1Источники

Комментарий ()
Закрывать