AZ

Yaponiya Tayvana bir milyon dollar dəyərində təcili yardım göndərəcək

Yaponiya hökuməti zəlzələdən zərər çəkən Tayvana bir milyon dollarlıq təcili yardım göndərəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Kamikava Yoko məlumat verib.

Nazir zəlzələdən sonra Tayvanın ən qısa zamanda yenidən qurulması üçün lazımi köməyi davam etdirəcəklərini vurğulayıb.

Qida, su və tibbi ləvazimatlar daxil olmaqla 1 milyon dollar dəyərində təcili yardım "Yaponiya-Tayvan Mübadilə Assosiasiyası" vasitəsilə bölgəyə köçürüləcək.

Qeyd edək ki, aprelin 3-də Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 12 nəfər ölüb, 1133 nəfər xəsarət alıb.

Zəlzələ nəticəsində 24 sürüşmə baş verib, 35 yol, körpü və tunel zədələnib. Hualien və ətrafındakı 125 binaya ziyan dəyib.

Şəbnəm Mehdizadə

Seçilən
188
50
Mənbələr
Şərh ()
Bağla