AZ

Yaponiyadan Tayvana 1 milyon dollarlıq yardım

Yaponiya hökuməti zəlzələdən zərər çəkən Tayvana bir milyon dollarlıq təcili yardım göndərəcək. Bakıvaxtı.az xəbər verir ki, bubarədə Yaponiya xarici işlər naziri Kamikava Yoko açıqlamasında deyib. Onun sözlərinə görə,Tayvana dəymiş zərərin aradan qaldırılması üçün ən qısa zamanda lazımi kömək davam etdiriləcək: "Yaponiya və Tayvan bütün problemlərdə bir-birini dəstəkləyir".Qida, su və tibbi ləvazimatların daxil olduğu 1 milyon dollar təcili yardım "Yaponiya-Tayvan Mübadilə Dərnəyi" vasitəsilə bölgəyə köçürüləcək.Qeyd edək ki, aprelin 3-də Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 12 nəfər ölüb, 1133 nəfər xəsarət alıb. Günəş Mərd

Seçilən
217
50
Mənbələr
Şərh ()
Bağla