RU

Kliçko: "Ukrayna sülh müqabilində heç bir ərazisini verməyəcək"

Kiyevin meri Vitali Kliçko Ukraynada münaqişənin dondurulması və ərazi güzəştləri ideyasına qarşı çıxıb.

"Bild am Sonntag" qəzetinə müsahibəsində o bildirib ki, "bu dondurulma ideyası yanlış fikirdir, onun əvəzində daha çox dəstəyə ehtiyacımız var. Biz heç bir ərazini Rusiyaya verməyəcəyik. Belə kompromis ola bilməz. Raket hücumları hələ də artmaqdadır, bizə təcili olaraq yeni "Patriot" raketləri və insanları qorumaq üçün yeni imkanlar lazımdır".

Ukraynalı siyasətçi hesab edir ki, Rusiyanın Kiyevə hücum təhlükəsi hələ də mövcuddur və bu, Rusiya Federasiyası üçün "məqsəd olaraq qalır".

"Biz bunu bilirik və iki il əvvələ nisbətən mümkün yeni hücumlara daha yaxşı hazırlaşmışıq", - Kliçko bəyan edib.

Qeyd edək ki, münaqişənin dondurulması ideyası daha əvvəl Almaniya Sosial Demokrat Partiyasının Bundestaqdakı fraksiyasının rəhbəri Rolf Mützeniç tərəfindən irəli sürülüb. Almaniyada onun təşəbbüsü həm dəstək, həm də tənqidlə qarşılanıb.

Xatırladaq ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ümumilikdə Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün təqribən 28 milyard avro məbləğində vəsait ayırıb və ya müvafiq öhdəliklər götürüb.(oxu.az)


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
6
Источники
Комментарий ()
Закрывать

Рейтинг

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
4848
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
4802
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
847
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
808
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
788
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
783
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
491
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
429
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
293
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
274
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
238
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
140
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
125
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
120
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Arda dubl etdi - VİDEO
115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
99
“Mançester Siti” İngiltərə çempionu olub
95