AZ

Makron Ukrayna səfərini qorxudan dalbadal təxirə salır...

Image

Bəhruz Quliyev: “O, həqiqətən də qorxduğu üçün Kiyevə getməkdən yayınır”

Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Fransız siyasətçi bəyan edib ki, heç bir siyasi lider heç vaxt Fransa prezidenti Emmanuel Makron kimi qorxusunu belə göstərməyib.

F.Filippo Makronun güc göstərməyə çalışdığını, lakin bütün Rusiyanın Kiyevə getmək qorxusuna görə ona güldüyünü vurğulayıb.

"Bütün Rusiya ona gülür! Heç bir siyasi lider heç vaxt qorxusunu belə göstərməyib", - Filippo yazıb.

Söhbət ondan gedir ki, Fransa prezidenti Makron 3-cü dəfə Ukrayna səfərini təxirə saldı. Belə məlumatlar var ki, o, it kimi qorxduğu üçün Kiyevə getmir. Maraqlıdır, Makron Kiyevə səfər etməkdən niyə qorxur?

“Makron yaxşı bilir ki, Sibir ayısının yaralanması çox acı nəticə verir” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev bunun səbəbini bir neçə amillərlə əlaqələndirdi: “Bu günlərdə Makron Ukraynaya xarici qoşunlar göndərmək təkliflə çıxış edib. Onun bu açıqlaması Roma Papası Fransiskin Ukraynadakı vəziyyətlə bağlı son açıqlamaları ilə ziddiyyət təşkil edir.  Roma Papası bildirib ki, Ukraynanın "ağ bayraq" qaldırıb danışıqlar aparmaq üçün cəsarəti olmalıdır. Onun bu fikirləri isə Qərb mediasında müxtəlif cür yozulub. Supergüclərin  "müharibə, yoxsa sülh" sualı ciddi müzakirəyə səbəb olub. Dünya faktiki olaraq tərəflərə bölünür. Bəllidir ki, Qərb Ukraynada müharibənin davam etməsində maraqlıdır. Sözsüz ki, münaqişədə milyardlar xərclənir, Avropa arsenalında olan köhnə silahlar yenilənir və s. Həm də əvəzində Avropa Rusiya kimi əzəli düşmənini məhv etməyi, parçalamağı düşünür. Fakt budur ki, Qərb ölkələrinin böyük miqdarda yardımına, hətta əsgəri iştirakına baxmayaraq, hələ də Rusiya qoşunları Ukraynanın 4 vilayətindədir. Ukrayna Silahlı Qüvvələrinin uğursuzluqları və durumun daha da pisləşməsi perspektivi ilə əlaqədar dünya paytaxtlarında mövcud vəziyyətdən çıxış yolu ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Fransa prezidentinin Ukraynaya xarici qoşunların göndərilməsinin mümkünlüyü ilə bağlı fikrləri gündəmdən düşmür. ABŞ və Almaniya da daxil olmaqla, NATO ölkələrinin əksər nümayəndələri döyüş bölgəsində nizami birləşmələrinin görünməsini istisna ediblər. Alyansın bəzi digər ölkələrində verilən bəyanatlar o qədər də aydın deyildi. Paris ideyasının Rusiya ilə birbaşa münaqişənin yolverilməzliyi ilə bağlı Qərbin açıq şəkildə bəyan etdiyi xətt, göründüyü kimi, ziddiyyət təşkil edir. Məhz buna görə də Fransa prezidenti müxtəlif siyasilər tərəfindən ciddi tənqid edilir. Fransa XİN rəhbəri Stefan Sejournet də bugünlərdə Litva səfərində izah edib ki, "ilkin mərhələdə biz bəzi heyətin döyüş əməliyyatları üçün deyil, yerləşdirilməsindən danışa bilərik. Ukrayna bizdən qoşun göndərməyi tələb etməyib. Hazırda Ukrayna bizdən sursat göndərməyimizi xahiş edir. Biz qarşıdakı aylar üçün heç nəyi istisna etmirik”,- deyib.   Bu isə açıq şəkildə Fransanın, silahlanmaya dəstək verməsinə baxmayaraq, həm də qorxusudur. Məhz ona görə də  Fransanın bir sıra siyasiləri Makronu qorxaqlıqda ittiham edib və Ukraynaya səfərinin artıq 3-cü dəfə təxirə salmasını onun qorxusu ilə əlaqələndirib. Bu, həqiqətən də belədir. Fransa prezidenti son illər xarici və daxili siyasətində, diplomatik davranışlarında kobud səhvlərə yol verir. Mənə elə gəlir ki, Makronun anormal davranışları sonda Fransanı çox ağır duruma salacaq. O, həqiqətən də qorxuğu üçün Kiyevə getməkdən yayınır. Makronun qorxmasının iki tərəfi var. Bunlardan biri mənəvi-psixoloji qorxudur. Digəri isə, Makron fiziki olaraq qorxur. Düşünür ki, Rusiya ona tərs sillə vuracaq. Bir də Makron yaxşı bilir ki, Sibir ayısının yaralanması çox acı nəticə verir. Ona görə də Makron bu qorxunu daxilən dəf edə bilmir”.

Vidadi ORDAHALLI





Seçilən
119
9
Mənbələr
Şərh ()
Bağla