AZ

Siyasətçilər Ukraynaya sülh gətirməlidirlərFOTO

Bundestaqdakı SPD fraksiyasının lideri deyib ki, siyasətçilər “Ukraynaya sülh gətirməlidirlər”.

Qərb siyasətçiləri Ukraynada diplomatik vasitələrlə sülhü bərqərar etmək cəhdlərindən uzaq durmamalıdırlar.

“İki sahil” xəbər verir ki, bunu “Neue Westflische Nachrichten” qəzetinə müsahibəsində Almaniya Sosial Demokrat Partiyasının (SPD) Bundestaqdakı fraksiyasının lideri Rolf Mützenix deyib.

O, bildirib ki, siyasətçilər Ukraynaya sülh gətirməlidir :

“Həmçinin bizim yerli atəşkəsə necə nail olmaq və ya hərbi əməliyyatları dayandırmaq barədə müzakirələrə ehtiyacımız var”.

Xatırladaq ki, Mützenix keçən həftə təkcə döyüşlərdən deyil, həm də münaqişənin mümkün dondurulmasından danışmağı təklif etdiyi üçün tənqid atəşinə tutulub.

“Nəinki müharibəni necə aparacağımızı danışmağın, həm də müharibəni necə dondurmaq və sonra onu necə bitirmək barədə düşünməyimizin vaxtı deyilmi?” - SPD fraksiyasının lideri bildirmişdi.

Qeyd edək ki, Almaniya hakimiyyəti əvvəllər dəfələrlə Ukraynada sülhün diqtə ilə deyil, ədalətli bərpa olunması tərəfdarı olduğunu bildirib.  

Seçilən
70
9
Mənbələr
Şərh ()
Bağla