RU

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Quba, 29 mart, AZƏRTAC

Qubada III Aqrobiznesin İnkişafı Forumu çərçivəsində panel sessiyalar keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk panel sessiya “Kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar” mövzusuna həsr olunub. Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev “Kənd təsərrüfatı kreditləşməsi və prudensial normalara dəyişiklik”, Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri Rüstəm Əliyev “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalının kreditləşməsi”, İpoteka və Kredit Zəmanət Fondunun Departament direktoru Elşən Kərimov “Kiçik kreditləşmələrə zəmanət modelləri”, Bank Tədris Mərkəzinin direktoru Əzizağa Haqverdiyev “Bankların öz vəsaitləri hesabına kreditləşmə potensialı” mövzularında təqdimatlar ediblər.

Paneldə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, aqrar biznes sektorunda investisiya perspektivləri, bu istiqamətdə qabaqcıl təcrübələr, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanları, o cümlədən dəyər və təchizat zənciri iştirakçıları ilə mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparılıb.

“Kənd Təsərrüfatı Kreditləri ilə işin təşkili” mövzusunda paralel sessiyada Türk İqtisadiyyat Bankının rəsmisi Onur Terzi tərəfindən müvəkkil təşkilatların əməkdaşları üçün təqdimat keçirilib.

Daha sonra “Yaşıl Maliyyə və İqlimə Davamlılıq üçün dövlət dəstək alətləri” mövzusunda panel sessiya keçirilib. Bu panel sessiyada Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı “Yaşıl dünya naminə ağıllı ixtisaslaşma”, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev “Dövlət və özəl sektor arasında iqlimə davamlı layihələr üçün tərəfdaşlıqların gücləndirilməsi”, sessiyaya onlayn qoşulan FAO rəsmisi Evetta Zenina “Beynəlxalq təcrübə və uğur hekayələri: iqlimə davamlılıq və yaşıl maliyyələşmədə dövlət dəstəyinin əhəmiyyəti”, "Provitaz Alternativ Enerji” şirkətinin baş direktoru Emin Məmmədov “Qlobal iqlim dəyişikliyinin Azərbaycanda aqrar və ekoloji sahəyə təsirinin azaldılması istiqamətində özəl sektorun rolu” mövzularına toxunublar.

Mütəxəssislər əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi fonunda dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması ətrafında müzakirələr aparıblar.

Tədbir iştirakçıları müasir çağırışlar fonunda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, torpaq və su resurslarından səmərəli istifadə, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.

Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
150
9
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22855
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14391
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12990
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8670
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6890
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6643
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5121
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4417
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3754
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3156
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2783
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1599
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1582
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1341
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1329