AZ

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 3 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov mayın 3-də Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Cəlilabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, əkin subsidiyası, dəymiş ziyanın ödənilməsi, arıçılığın inkişafı, suvarmada yaranan çətinliklər və digər məsələlər ilə bağlı olub.

Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

İlham Süleymanov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra şöbə müdiri İlham Süleymanov Lənkəran rayonu Osakücə kəndində çay plantasiyasına, Xarxatan kəndində yeni salınmış superintensiv meyvə bağı, çiyələk və taxıl sahələrinə baş çəkib.

Görüşdə çayçılıq və meyvəçiliyin inkişafı, meyvə bağlarına düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkinlərdə müasir suvarma sistemlərinin quraşdırılması, taxıl sahəsində mövsümi aqrotexniki qulluq tədbirləri barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
5125
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
5059
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
858
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
830
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
812
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
801
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
638
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
457
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
297
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
275
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
246
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
209
Arda Gülər dayanmır, yenə fərqləndi -
146
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
130
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
129
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Arda dubl etdi - VİDEO
118
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
107
“Mançester Siti” İngiltərə çempionu olub
103
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103