Bakı. Trend:
Rumıniyalı Mirça Luçesku “Beşiktaş”la anlaşıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 78 yaşlı mütəxəssisnövbəti mövsümdə yenidən İstanbul klubunun “sükanı arxasına”dönəcək.
Hətta ötən il Kiyev “Dinamo”sundan ayrılan Luçeskunun istirahətetmək istədiyini əsas gətirərək, qışda “ağ-qaralar”ların təklifiniçevirdiyi də bildirilir.
Qeyd edək ki, rumıniyalı 2002-04-cü illərdə də “Beşiktaş”ın başməşqçisi olub.