AZ

“Beşiktaş” baş məşqçini istefaya göndərdi

"Beşiktaş" baş məşqçi Fernando Santosla yollarını ayırıb. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Fernando Santos bu ilin yanvar ayında "Beşiktaş"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 5 dəfə isə məğlub olub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
155
15
Mənbələr
Şərh ()
Bağla