AZ

​​​​​​​“Beşiktaş” kapitanla müqaviləni UZADIR

"Beşiktaş" Necip Uysalın daha bir neçə il komandada qalmasını istəyir. 

Bizim.Media “Sabah” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi kapitanın müqaviləsini uzadacaq. 

"Beşiktaş" 33 yaşlı müdafiəçinin 2025-ci ilin yayında başa çatan sözləşməsinin müddətini daha 2 il artıracaq. Onun maaşı da yaxşılaşdırılacaq.
Qeyd edək ki, Necip Uysal "Beşiktaş"ın yetirməsidir. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
145
15
Mənbələr
Şərh ()
Bağla