RU

Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY

Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda gərginliyin davam etməsində maraqlıdır: “Bu məqsəd üçün Ermənistandan alət kimi istifadə edilir. Xüsusilə Qərb dairələri hansısa vədlər verməklə rəsmi İrəvanı tamamilə öz təsir dairəsinə salmağa çalışır. Bununla da, Rusiya ilə konfrantasiyada olan Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək niyyətini ifadə edir. Aprelin 5-də Brüsseldə nəzərdə tutulan Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin konfrans formatında birgə görüşü də bu yöndə atılan növbəti addım hesab edilə bilər”.

Deputat xatırladıb ki, hələ ötən il oktyabrın 5-də Paşinyan və fon der Lyayen Qranadada keçirilən görüşdən sonra birgə bəyanatlarında bu məsələyə toxunmuşdular. O qeyd edib ki, Avropa Komissiyasının sədri, Ermənistanı dəstəkləmək üçün Aİ-ABŞ tədbirinin hazırlandığını demişdi:

"Görünən odur ki, artıq belə bir toplantının keçirilməsi konkretləşib. Azərbaycan isə dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi dövlətimiz tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub. Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan bu qrup uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir”.

Milli Məclis üzvünün sözlərinə görə, başda Fransa olmaqla Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara dair yeni vədlərin də yer aldığı kampaniya ciddi narahatlıq doğurur: “Aİ-nin digər bir üzvü Yunanıstanın bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatları buna sübutdur. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”.

F.Yıldırım vurğulayıb ki, ümumiyyətlə, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst mövqe erməni tərəfini yeni hərbi təxribatlara sövq edə bilər: “Əvvəlcədən açıqlanmasa da, Brüsseldə keçiriləcək görüşdə məqsəd faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. ABŞ və Avropa regionumuzu yeni qeyri-sabitlik və fəlakətə sürükləməyə çalışır. Məqsəd Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılmasıdır. Bütün bunlar isə qəbulolunmazdır”.

Избранный
179
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14889
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14843
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14812
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12518
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10946
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8880
"Zaur, yenə çaşdın..." - VİDEO
7647
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5781
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4879
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4354
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4327
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4034
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3958
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3733
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3109
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3092
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2856
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2842
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2697