AZ

İrəvan üçün son 48 saat - Rusiyanı Ermənistanda çökdürmək PLANI İŞƏ DÜŞDÜ

Bakı. Trend:

Ermənistan yenidən sinəsini qabağa verib, havadarlarınınəmrinə uyğun olaraq Azərbaycanla şərti sərhdələrdə vəziyyətigərginləşdirmək üçün ciddi şəkildə "fəaliyyətə"başlayıb.

5 apreldə Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək görüşününkeçirilməsinə sayılı saatlar qaldıqca bu təxribatyönlü fəaliyyətidaha aydın şəkildə sezmək mümkündür. Ermənistanın sərhədə canlıqüvvə və hərbi texnika cəmləməsi - əslində erməni ordusunun hansıməqsədlə kazarmadan çıxdığı getdikcə daha da aydınlaşır. Bu azmışkimi Ermənistan 1 aprel-28 iyun tarixlərində Ermənistanda ehtiyatdaolanların hərbi təlimlərə çağırılması ilə bağlı qərar da verilib.Bu hərəkətliliyin 5 aprel görüşü və ondan sonrakı proseslərəhesablandığı qəti şübhə doğurmur.

Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞformatındakı görüşün Qərb qüvvələrinin Cənubi Qafqaza girişi üçünbir trampilin gözündə görüldüyü gün kimi aydındır. Ötən günNaxçıvan istiqamətində mövqelərimizin atəşə tutulması da bu görüşərəfəsində, yaxud görüşdən sonra Azərbaycanla sərhəddə baş verəbiləcək eskalasiya riskinin böyüdüyünü göstərir.

İstisna edilmir ki, məhz bu cür təxribatlarla Azərbaycanı cavabtədbirlərinə vadar etməyə çalışan qarşı tərəf(lər) beləcə, Qərbqüvvələrinin Ermənistanın “təhlükəsizliyinə” cəlb edilməsi üçünəsaslı arqument hazırlamaq niyyəti güdür.

Görünür Ermənistan illuziya ölkəsi olduğunu heç cürəüzərindən atmağı bacarmır. Qərbin Ermənistana açıq dəstək verəcəyigözlənilən 5 aprel görüşündə əsas hədəfinin Rusiya olduğunu nəzərəalsaq ortaya maraqlı məqamlar çıxır:

- Ermənistanın hələ də KTMT üzvü olaraq qalır

- Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqliyəmalikdir

- Ermənistan ərazisində Rusiya hərbi bazasımövcuddur

- Ermənistanın iqtisadi sisteminin ən böyük hissəsiRusiyanın payına düşür

Bununla belə rəsmi İrəvan hər vəchlə çalışır ki, Rusiyanınorbitindən xilas olsun, Qərblə hərbi-siyasi müttəfiqliyiformalaşdırsın. Bütün bu hadisələr konteksində Ermənistan siyasirəbərliyi Rusiyanı ittiham etməkdən də çəkinmir. Baş nazir NikolPaşinayn ötən gün yenidən Kremli sərt ittiham edib.

O bildirib ki, Rusiya ilə münasibətlərdə Ermənistan heç bir səhvetməyib. Paşinyan eyni zamanda bildirib ki, Rusiya qarşısındakıöhdəliklərini yerinə yetiriblər. Ermənistan baş naziri Rusiyanıyalan danışmaqda ittiham edib.

Rəsmi Moskvadan cavab özünü çox gözlətməyib. XİN sözçüsü MariyaZaxarova Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsi zamanıMoskva və KTMT-nin Ermənistana kömək etməməsi barədə deyilənləriyalan adlandırıb.

O, eyni zamanda əlavə edib ki, Ermənistanla Azərbaycan arasındayeni gərginlik İrəvanın Avropa İttifaqıİ, ABŞ və Britaniyayaregionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nədərəcədə imkan verməsindən asılıdır. Bununla da Rusiya açıq şəkildəİrəvanın təxribatyönlü addımlarının arxasında Qərbin məlumdairələrinin dayandığını bəyan etmiş oldu.

Rusiyanın başının Ermənistanla söz davasına başının qarışdığıbir vaxtda Qərb Ermənistan siyasi hakimiyyətində və ictimaiyyətarasında yaranan Rusiya boşluğunu doldurmağı qarşısına məqsədqoyub. Aydın sezmək mümkündür ki, Qərb Ermənistana regionunmüstəsna dövləti kimi yanaşır və İrəvana birbaşa təhlükəsizliktəminatları verməklə indiyədək görünməmiş bir presedent yaratmaqniyyətindədir.

Bu addım eyni zamanda Qərbin Ermənistanla Azərbaycan arasındayekun sülh sazişinin imzalanması prosesinə müdaxiləsi kimi də qəbuledilə bilər. Təəssüflər olsun ki, Aİ və ABŞ-ın tərəflər arasındakıvasitəçilik təkliflərini qəbul edən rəsmi Bakının bu xoşniyyətliaddımı adı çəkilən qüvvələr tərəfindən manipulyasiya edilməkdədir.Qərb açıq şəkildə Azərbaycanın maraqlarına tamamilə laqeyd olduğunugöstərir. Bu, eyni zamanda Brüssel və Vaşinqtonun rəsmi Bakıtərəfindən vasitəçilik imkanlarının məhdudlaşdırılması üçün çoxciddi presedentdir.

Artıq Ermənistan Naxçıvandakı təxribatla Azərbaycana və Rusiyayanövbəti atəşini açdı. Çünki baş verə biləcək istənilən eskalasiyaeyni zamanda Rusiyanın Ermənistandakı mövqelərinə növbəti zərbəolacaq. Bu mənada Ermənistanın Naxçıvan istiqamətində atəşkəsipozması təxribatların başlanğıcı sayıla bilər.

Nikol Paşinyan bu zamana kimi istifadə etdiyi təxribat öncəsiplanlarına "sadiq" görünür. Ermənistan baş naziri bu yaxınlardaetdiyi açıqlamada “kəndləri qaytarmasaq, müharibə olacaq” tezisinintəsdiqi üçün Azərbaycanı savaşa çəkərək nə qədər haqlı olduğunu daisbat etmək sevdasında ola bilər. Erməni lider qabaqdangəlmişlikedərək planlaşdırdıqları mümkün təxribatlarının üzərini“Azərbaycanın yeni genişmiqyaslı müharibə üçün bəhanə axtardığını”deyərək örtbasdır etməyə cəhd göstərir.

Çox güman İrəvana və sərhəddə eskalasiya üzərindən bölgə iləbağlı planlar quranlara “Ermənistana hücum edilir” görüntüsülazımdır. Məhz bu təxribatların arxasında elə məhz bu sifarişdayanır. Amma Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycanıngözünü bu cür cılız planlarla qorxutmaq mümkün olmayacaq.Azərbaycanın qərarı qətidir və baş verəcək təxribatlarla bağlıhansı addımların atılacağını Prezident İlham Əliyev çox aydınşəkildə bəyan edib.

Rəsmi İrəvanın qeyri-müəyyən addımları, eskalasiyaya meyilliliyiardıcıl xarakter alacaqsa və Azərbaycana qarşı təxribatlar artıqmilli təhlükəsizliyimizə, ərazi bütövlüyümüzə, suverenliyimizəciddi təhdid yaratmağa başlayacaqsa, Azərbaycan minimum olaraqtaktiki hədəflərə zərbə endirmək hüququndan yararlanacaq.

Seçilən
154
50
Mənbələr
Şərh ()
Bağla