AZ

Qərb öz maraqları üçün Ermənistandan istifadə edir - Türkiyəli ekspert

Aprelin 5-də Brüsseldə Aİ, ABŞ və Ermənistanın keçirdiyi görüş Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş addımdır.

Milli.Az bildirir ki, bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, bu addım Qərbin sabitliyi pozmaqla regiona təsir etmək kimi klassik siyasətinin əksidir.

"Qərbin müxtəlif bölgələrdə sınadığı bu siyasətin xaos yaratmaqdan başqa heç bir faydası olmadı. Buna baxmayaraq, öz maraqlarını üstün tutan Qərb təəssüf ki, bu təcrübələri davam etdirir. Aİ və ABŞ-nin Ermənistanla həm siyasi, həm də iqtisadi baxımdan üçtərəfli dialoq şəklində prosesə başlamasının izahı mümkün deyil. Əksinə, Azərbaycanı kənarda qoyan bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazı geosiyasi münaqişə zonasına çevrilməsinə yol açacaq. Məlum olduğu kimi, üçüncü ölkələr proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almalı və tərəflərə bərabər məsafədən yanaşmalıdırlar. Lakin indiyə qədər Qərb Azərbaycanla Ermənistanın münasibətlərində neytrallığını itirərək Ermənistanın tərəfinə keçib. Bu, regionda mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirməklə yanaşı, Ermənistanın qeyri-qanuni fəaliyyət göstərməsinə və regionda terrorizm yaratmasına səbəb olub. Bəlkə də qeyri-sabitlikdən qidalanan Qərbin məqsədi bu idi.

Əgər ABŞ və Qərb Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək istəyirsə, regionda sülh üçün yaranan tarixi fürsətin dəyərləndirilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Qeyri-regional dövlətlərin, xüsusən də Fransanın Ermənistana silah dəstəyi verməsi, müharibə ssenariləri yazması həm Ermənistanın özünün təhlükəsizliyinə, həm də regionun sabitliyinə xələl gətirəcək. İqtisadi nöqteyi-nəzərdən Aİ-nin Ermənistana 4 illik kredit şəklində 270 milyon avro və ABŞ-nin İrəvana 65 milyon dollar yardım göstərmək öhdəliyi Ermənistanın iqtisadi inkişafına kömək etməyəcək. Əvvəla, Ermənistanın bu kreditdən silah və sursat üçün istifadə etməyəcəyi aydın deyil. Ölkədə investisiyaların qoyulması və ya mövcud investisiyaların məhsuldar olması üçün ilk növbədə ölkədə investisiya mühiti olmalıdır. Hazırda investisiya üçün heç bir infrastrukturun olmadığı, gənc əhalinin əhəmiyyətli hissəsinin Avropaya miqrasiya etdiyi, dəniz əlaqəsinin olmadığı, Türkiyə və Azərbaycanla sərhədləri qapalı olan Ermənistanda müsbət investisiya mühitindən danışmaq mümkün deyil.

Yaxşı, bəs, ABŞ və Aİ-nin başlatdığı bu proses hansı məqsədə xidmət edir? Afrikada sıxışdırılmış, Əfqanıstandan qovulmuş, Ukraynada ilişib qalan Qərb dünyası bir macəra axtarır. Bu macərada istifadə olunmağa ən uyğun dövlət heç bir müstəqil siyasəti olmayan Ermənistandır. Bu macəranın əsas aktoru isə görmə qabiliyyəti olmayan Makrondur", - deyə o, bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
153
50
Mənbələr
Şərh ()
Bağla