![Azərbaycan](https://azertag.az/files/2024/2/1200x630/1715601460237616406_1200x630.jpeg)
Bakı, 13 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün sonuncu - XXXVI turunun oyun cədvəli açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar mayın 25-26-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXXVI tur
25 may (şənbə)
19:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
19:00. “Neftçi” – “Sabah”
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
26 may (bazar)
17:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və ölkə çempionatında mövsümünün mükafatlandırma mərasimi ilə bağlı XXXVI turun “Araz Naxçıvan” - “Qarabağ” oyunu “Azersun Arena”da reallaşacaq.