AZ

Azərbaycan Premyer Liqası: Son turun proqramı açıqlandı

Misli Premyer Liqasının 2023/2024 mövsümündə XXXVI turun oyun cədvəli məlum olub. 

Bizim.Media xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

25 may (şənbə)

“Zirə” – “Səbail”

Zirə İdman Kompleksinin stadionu, 19:00

“Neftçi” – “Sabah”

“Neftçi Arena”, 19:00

“Sumqayıt” – “Qəbələ”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

26 may (bazar)

“Turan Tovuz” – “Kəpəz”

Tovuz şəhər stadionu, 17:00

“Araz-Naxçıvan” – “Qarabağ”

“Azersun Arena”, 19:30

Qeyd: Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Misli Premyer Liqasının 2023/24-cü illər mövsümünün mükafatlandırma mərasimi ilə bağlı 36-cı turun “Araz Naxçıvan” - “Qarabağ” oyunu “Azersun Arena”da reallaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
343
17
bizim.media

10Mənbələr