Azərbaycan Premyer Liqasının XXXVI turunun oyun cədvəli məlum olub.
News24.az İdman.biz-ə istinadla xəbər verir ki, PFL-in mətbuat xidməti 2023/24 mövsümünün son matçlarının vaxtını və yerini açıqlayıb.
Görüşlər iki günü əhatə edəcək. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XXXVI tur
25 may (şənbə)
“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 19:00
“Neftçi” – “Sabah”
“Neftçi Arena”, 19:00
“Sumqayıt” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00
26 may (bazar)
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 17:00
“Araz-Naxçıvan” – “Qarabağ”
“Azersun Arena”, 19:30