EN

Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Arda Gülerə heyətdə yer açmaq üçün onu yarımmüdafiə xəttinin mərkəzində oynada bilər. Metbuat.az xəbər verir ki, daha çox sağ cinahda oynayan Arda bir neçə dəqiqə yarımüdafiədə oynayıb. “OK Diario”nun məlumatına görə, Ançelotti gələn mövsüm Ardanın heyətdə olmasını təmin etmək üçün onun yarımmüdafiəçi kimi oynatmaq istəyir. Gələn mövsüm Mbappenin və Endrikin mümkün gəlişi ilə hücumameyilli oyunçuların sayı daha da artacaq. Bununla belə, Modriç və Sebalyosun “Real Madrid”dən göndəriləcəyi deyilir. Buna görə də, Arda heyətdə yer ala bilər.

Qeyd edək ki, Karlo Ançelotti, "Real Sosyedad"a qalibiyyətdən sonra verdiyi açıqlamada matçın ulduzu Arda Gülerin gələn mövsüm komandada olacağını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
28
metbuat.az

10Sources