AZ

"Real" Ardaya görə əfsanəvi futbolçusunun üzərindən xətt çəkdi

“Real Madrid” Arda Gülerin uğurlu oyunundan sonra onu klubda saxlamağa qərar verib.

Metbuat.az xəbər verir ki, məşqçilər heyəti futbolçunun daha çox oynamasını təmin etmək üçün təcrübəli Luka Modriçi klubdan göndərməyə razılıq verib. “Relevo”nun məlumatına görə, “Real” Luka Modriçlə müqaviləni yeniləməmək qərarına gəlib. Bildirilir ki, Modriç özü “Real”da qalmaq istəsə də, klub Ardaya üstünlük verir. “Real” gənc oyunçulara, əsasən də Arda Gülerə şans vermək istəyir.

Qeyd edək ki, Modriç bu mövsüm "Real"da 43 matçda 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Arda Güler isə 11 oyuna 4 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
28
musavat.com

10Mənbələr