AZ

Ardaya qədər "Real"da bunu bacaran olmamışdı

"Real"ın futbolçusu Arda Güler La Liqada klub rekorduna imza atıb.

“İki sahil” xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 37-ci turda "Vilyarrea"la görüşdə dubl edib. Arda matçın 14-cü dəqiqəsində hesabı açıb. O, 45+2-ci dəqiqədə 2-ci qolunu vurub. Beləliklə, gənc futbolçu La Liqada meydana çıxdığı son 5 oyunda 5-ci qolunu, ümumən isə 6-cı qolunu vurub.

Zədə səbəbindən yalnız bu qış komandada debüt edə bilən Arda La Liqada ümumilikdə 373 dəqiqə meydanda olub. Bununla da Türkiyə millisinin üzvü "Real"ın heyətində La Liqada ən qısa müddət ərzində 6 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan Madrid təmsilçisinə keçib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
28
ikisahil.az

10Mənbələr