Yeni proqram təminatının imkanları ilə müştərilər ATM-dən yalnız nağd vəsait çıxarmaq üçün istifadə etməyəcəklər. Filialların təqdim etdiyi bəzi xidmətlərdən də 24/7 rejimində yararlana biləcəklər. ABB öz ATM-lərinin proqram təminatının yenilənməsini Azerikard və CASPA şirkətləri ilə birgə həyata keçirir.
ABB Azərbaycan Mərkəzi Bankının layihəsi olan AniPay-lə mədaxil xidmətini öz yeni ATM-lərinə əlavə edən ilk bank olub. AniPay ödəniş sistemində (AniPay tətbiqi) qeydiyyatdan keçmiş bütün müştərilər ABB-nin yeni nəsil ATM-lərində ölkədaxili istənilən bank hesabına komissiyasız mədaxil edə bilərlər.
Heç bir komissiya və ya limit yoxdur. ATM-lər vasitəsilə belə imkanlardan istifadə müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır.
Qeyd edək ki, Azərbaycanın ilk ATM-i məhz ABB-yə məxsus olub. Həmin ATM hazırda Bankın Mərkəzi filialında yaradılmış muzeydə eksponat kimi qorunur. Ölkəmizdə ATM-lərlə təmassız NFC əməliyyatlarının həyata keçirilməsini də ilk dəfə ABB tətbiq etməyə başlayıb. Hazırda ABB-nin ölkə üzrə 961 ATM-i var. Onlardan 498-i Bakıda, 463-ü regionlardadır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
fed.azABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı - DAVAM EDİR! ( 5861309)
-
fed.azABB-nin ATM-lərində - YENİLİK! ( 5858273)
-
bizimyol.infoABB-nin ATM-lərində yenilik! ( 5750430)
-
1news.azABB-nin ATM-lərində yenilik! ( 5739258)
-
azertag.az®ABB-nin ATM-lərində yenilik! ( 5738775)
-
az.trend.azABB-nin ATM-lərində yenilik! ( 5736765)
-
sfera.azABB-nin ATM-lərində YENİLİK! ( 5736486)
-
lent.azABB-nin ATM-lərində yenilik ( 5735304)
-
fed.azABB-nin ATM-lərində - YENİLİK! ( 5735229)
-
demokrat.azABB-nin ATM-lərində yenilik! ( 5735142)