AZ

ABB-nin ATM-lərində yenilik!

Bakı. Trend:

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABBöz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Buyenilik ATM-lər vasitəsilə bank xidmətlərini daha asan və çevikəldə etməyə imkan yaradır.

Yeni proqram təminatının imkanları ilə müştərilər ATM-dən yalnıznağd vəsait çıxarmaq üçün istifadə etməyəcəklər. Filialların təqdimetdiyi bəzi xidmətlərdən də 24/7 rejimində yararlana biləcəklər.ABB öz ATM-lərinin proqram təminatının yenilənməsini Azerikard vəCASPA şirkətləri ilə birgə həyata keçirir.

ABB Azərbaycan Mərkəzi Bankının layihəsi olan AniPay-lə mədaxilxidmətini öz yeni ATM-lərinə əlavə edən ilk bank olub. AniPayödəniş sistemində (AniPay tətbiqi) qeydiyyatdan keçmiş bütünmüştərilər ABB-nin yeni nəsil ATM-lərində ölkədaxili istənilən bankhesabına komissiyasız mədaxil edə bilərlər. Heç bir komissiya və yalimit yoxdur. ATM-lər vasitəsilə belə imkanlardan istifadəmüştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır.

Qeyd edək ki, Azərbaycanın ilk ATM-i məhz ABB-yə məxsus olub.Həmin ATM hazırda Bankın Mərkəzi filialında yaradılmış muzeydəeksponat kimi qorunur. Ölkəmizdə ATM-lərlə təmassız NFCəməliyyatlarının həyata keçirilməsini də ilk dəfə ABB tətbiq etməyəbaşlayıb. Hazırda ABB-nin ölkə üzrə 961 ATM-i var. Onlardan 498-iBakıda, 463-ü regionlardadır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etməkolar.

Məqalədə:
Seçilən
151
12
Mənbələr
Şərh ()
Bağla