AZ

®ABB-nin ATM-lərində yenilik!

®ABB-nin

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank xidmətlərini daha asan və çevik əldə etməyə imkan yaradır.

Yeni proqram təminatının imkanları ilə müştərilər ATM-dən yalnız nağd vəsait çıxarmaq üçün istifadə etməyəcəklər. Filialların təqdim etdiyi bəzi xidmətlərdən də 24/7 rejimində yararlana biləcəklər. ABB öz ATM-lərinin proqram təminatının yenilənməsini “Azerikard” və CASPA şirkətləri ilə birgə həyata keçirir.

ABB Azərbaycan Mərkəzi Bankının layihəsi olan “AniPay”lə mədaxil xidmətini öz yeni ATM-lərinə əlavə edən ilk bank olub. “AniPay” ödəniş sistemində (“AniPay” tətbiqi) qeydiyyatdan keçmiş bütün müştərilər ABB-nin yeni nəsil ATM-lərində ölkədaxili istənilən bank hesabına komissiyasız mədaxil edə bilərlər. Heç bir komissiya və ya limit yoxdur. ATM-lər vasitəsilə belə imkanlardan istifadə müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır.

Qeyd edək ki, Azərbaycanın ilk ATM-i məhz ABB-yə məxsus olub. Həmin ATM hazırda bankın mərkəzi filialında yaradılmış muzeydə eksponat kimi qorunur. Ölkəmizdə ATM-lərlə təmassız NFC əməliyyatlarının həyata keçirilməsini də ilk dəfə ABB tətbiq etməyə başlayıb. Hazırda ABB-nin ölkə üzrə 961 ATM-i var. Onlardan 498-i Bakıda, 463-ü regionlardadır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

 

Seçilən
204
12
Mənbələr
Şərh ()
Bağla