EN

Kaxaber Sxadaze: “Qarşıda bizi "Kəpəz"lə ilin oyunu gözləyir”

"Qəbələ" premyer-liqanın 31-ci turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

“Football-plus.az” xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Pozitiv məqam odu ki, bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Nəzərə alaq ki, rəqibimiz "Qarabağ" idi. Hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik. Bu da pozitiv məqamdı. "Qarabağ"a qarşı oynamaq çətindi. Futbolçularımız bəzi səhvlər etdi. Bu da bu günün neqativ tərəfidi. Sadə səhvlərdən top itirirdik. Qarşıda bizi "Kəpəz"lə ilin oyunu gözləyir. Bütün fikrimizi həmin matça yönəltməliyik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
4
football-plus.az

7Sources